A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Yaradıcılıq Mərkəzinin təşkilatçılığı və Bədii qiraət dərnəyi üzvlərinin təşəbbüsü ilə dahi şair, yazıçı, dramaturq Hüseyn Cavidin 140 illiyinə həsr edilmiş “Hüseyn Cavid – 140. Mən fəqət hüsni-xuda şairiyəm, Yerə enməm də səma şairiyəm” adlı tədbir keçirilib.

Tədbirdə UNEC-in tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, şair, yazıçı, kinodramaturq İlqar Fəhmi, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri, şair və yazıçı Sayman Aruz, Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd Rasizadənin nəvəsi Mübariz Babayev, eləcə də Yaradıcılıq Mərkəzinin üzvləri və universitetin əməkdaşları iştirak ediblər.

Prorektor Səadət Qəndilova Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Hüseyn Cavidin 140 illiyinin keçirilməsinin əhəmiyyətindən danışıb. Görkəmli alimin yubileyinin dövlət səviyyəsində qeyd edilməsinin Hüseyn Cavid irsinə rəğbətin göstəricisi olduğunu vurğulayıb.

Sonra İlqar Fəhmi, Sayman Aruz böyük şairin yaradıcılığının bənzərsizliyindən, ədəbiyyatımızdakı mühüm yerindən, həmçinin əsərlərindəki ideya və danılmaz bəşəri sevgi haqqında fikirlərini bölüşüblər.

Tədbirdə Hüseyn Cavidin qardaşı Şeyx Məhəmməd Rasizadənin qızı Gövhər xanımın tədbir iştirakçılarına göndərdiyi təşəkkür məktubu oxunub.

Tədbir bədii hissə ilə davam edib.

UNEC Yaradıcılıq Mərkəzinin “Bədii qiraət” dərnəyinin qrup rəhbəri Rəvan Əliyev, üzvləri Xeyransa Yusifova, Ramazan Səda, Aytac Babayeva, Mərkəzin “Vokal-İnstrumental” qrupunun üzvləri – Ramin Sadıqov, Nigar Vəliyeva və Rəvan Mehdizadə öz ifaları ilə tədbirə rəng qatıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay