A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin təşkilatçılığı ilə “Əhməd Cavad - istiqlal şairidir” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada "Azərbaycan dili" və "Humanitar fənlər" kafedralarının professor-müəllim heyəti iştirak edib.

ÜFTTD-nin direktoru dosent Gülnarə Rzayeva Azərbaycan tarixinə qızıl hərflərlə yazılan cümhuriyyət dövrünün ən parlaq şairi Əhməd Cavadın Azərbaycan ədəbiyyatı və ictimai fikrinin inkişafında tutduğu əvəzsiz mövqeyindən danışıb.

Azərbaycan dili kafedrasının müdiri professor Tofiq Əbdülhəsənov xalqımızın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan repressiya qurbanı olan bu yolda "xalq düşməni" damğası ilə güllələnən Əhməd Cavadın xalqımızın qəlbində daim yaşadığını və sevildiyini bildirib.

Dosentlər Yusif Fərzəliyev, Aybəniz Hüseynova, Gülbəniz İsmayılzadə, Çinarə Qəhrəmanova, Mətanət Əmrahova, baş müəllim Könül İbrahimova və digər çıxış edənlər istiqlal şairi Əhməd Cavadı “zamanın ruhuna hökm edən şair” kimi qiymətləndiriblər. Əhməd Cavadın Dövlət Himninin sözlərini yazdığını, öz yaradıcılığı və vətəndaşlıq mövqeyi ilə dövlətçilik və ədəbi irsimizə silinməz, əvəzolunmaz möhürünü vurduğunu bildiriblər.

Tədbirdə Əhməd Cavadın şeirlərindən parçalar səsləndirilib.

TOP XƏBƏRLƏR