A

Yeni təsis olunmuş “UNEC CLUBRARY” kitab klubunda ilk görüş keçirilib.

Görüşdə UNEC KİM-in direktoru tar.ü.f.d. Adilə Abdullayeva, Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov, kitabxana əməkdaşları və universitetin kitabsevər tələbələri iştirak ediblər.

Adilə Abdullayeva kitabsevərlər klubunun “Oxu mədəniyyəti” layihəsi çərçivəsində əməkdaş və tələbələrə mütaliə mədəniyyətinin aşılanması məqsədilə yaradıldığını bildirib, klubun fəaliyyətinə uğurlar arzulayıb.

Yaradıcııq Mərkəzinin direktoru Elman Cəfərov kitab mütaliəsinin həyatımızdakı rolundan danışıb.

Sonra UNEC 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova klubun prezidenti İqtisadiyyat və İdarəetmə fakültəsinin 2-ci kurs tələbəsi Cəfərisadiq İbrahimovu tədbir iştirakçılarına təqdim edərək, klubun nizamnaməsi barədə məlumat verib.

Görüşdə iştirakçıların klubun fəaliyyəti haqqında fikirləri, təklifləri dinlənilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay