UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində tələbələrarası şahmat turniri təşkil olunub.
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutan yarışın əsas məqsədi tələbələrin məntiqi düşünmə, analiz və strateji qərarvermə bacarıqlarını inkişaf etdirmək, eyni zamanda sağlam rəqabət və intellektual mühit formalaşdırmaq olub.
30-a yaxın tələbənin iştirak etdiyi turnirdə iştirakçılar öz intellektual bacarıqlarını nümayiş etdirərək maraqlı oyunlarla yadda qalıblar. Yarışın sonunda qaliblər diplom, medal və müxtəlif hədiyyələrlə təltif ediliblər.
Qaliblər:
I yer - Rasim Məmmədzadə
II yer - Malik Gülməmmədli
III yer - Aytən Ələsgərova