A

UNEC THİK-in təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş şahmat olimpiadasına start verilib. 

Turnirin açılışını edən təşkilatçı, Biznes və menecment fakültəsinin THİK sədri Şamxal Bağırzadə çıxış edərək, şahmata UNEC tələbələrinin bu qədər çox marağının olmasını müsbət qiymətləndirib, sevindirici hal olduğunu bildirmişdir. Bu olimpiadanın Ulu öndərin xatirəsinə həsr olunduğunu xüsusi vurğulayıb, Ulu öndərin gənclər siyasətindən söz açmışdır.

Çıxışında bildirmişdir ki: "Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Ümummilli Lider tərəfindən əsası qoyulmuş gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişib. Azərbaycan gəncliyi Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun elmin, təhsilin inkişafına, ölkəmizin siyasi-iqtisadi yüksəlişinə, gənclərə olan diqqəti və qayğısını dərin ehtiram hissi ilə xatırlayır və anırıq. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti bu gün də cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir."

Daha sonra dövlət başçısının sərəncamı ilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə dövlət proqramı"nın tədbirlər planına uyğun olaraq görülən işlərdən bəhs edilmişdir. THİK-in elm, idman, tələbələrin intellektual inkişafı, onların əyləncəsi və s. istiqamətlərdə təşkil etdiyi tədbirlərindən söz açılmışdır. Şahmat olimpiadasının da onlardan biri duğunu vurğulamışdır.

Olimpiadaya UNEC-in bütün fakültələrinin tələbələri qatılmışdır. Şahmat olimpiadasının 1-ci mərhələsi 3 oyunla yekunlaşmışdır. Gərgin keçən mübarizədə qızlar arasında, Fidan Mürsəlova - Texnologiya və dizayn fakültəsi, oğlanlar arasında Ceyhun Hüseynzadə -Biznes və menecment fakültəsi, Aqşin Əliyev - Rus İqtisad Məktəbi, Fərid Abdullayev - İqtisadiyyat fakültəsi, Ruslan Dadaşzadə - Beynəlxalq İqtisadiyyat Məktəbi fakültəsi tələbələri maksimum nəticə əldə edərək 3 xal qazanmışlar.

Qeyd edək ki, şahmat olimpiadasının 2-ci mərhələsi və final mərhələsi növbəti günlərdə keçiriləcək. Turnirə hakimliyi “İqtisadçı” İdman klubunun məşqçisi, Beynəlxalq dərəcəli qrossmeyster Sərxan Quliyev edir. 

TOP XƏBƏRLƏR