A

4-5 aprel 2023-cü il tarixlərində Xəzər Universiteti, UNEC Dizayn məktəbi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Əskişəhər Osmanqazi Universiteti və Türkiyənin İKSAD İnstitutunun birgə təşkilatçılığı ilə “Eko-memarlıq və Dizayn perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda eko-memarlıq binalarının və şəhərlərinin inşası, yaşıl memarlıq tikinti strukturlarının ətraf mühitə təsiri məsələləri, eko-dizayn prinsiplərinin tətbiqi, memarlıq sahəsində ekoloji mühitin vacibliyi istiqamətlərində müzakirələr aparılıb.

UNEC Dizayn məktəbinin direktoru dos. Lalə Məmmədova, Dizayn kafedrasının müdiri dos.Elfanə Qasımova, kafedranın müəllim heyəti və “Dizayn” ixtisasında təhsil alan magistrantlar konfransda məruzələrlə çıxış edərək, sertifikat qazanıblar.

Konfransda Dizayn məktəbinin tələbələrinin eko-dizayn mövzusunda rəsm əsərləri də nümayış olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay