Hörmətli müəllimlər, tədqiqatçılar və doktorantlar!
Sizi 21–22 noyabr 2026-cı il tarixlərində Türkiyənin İstanbul şəhərində İstanbul Beykent Universitetinin ev sahibliyi ilə hibrid formatda keçiriləcək "5th Eurasian Conference on Human-Computer Interaction (HCI-E 2026)" beynəlxalq elmi konfransında iştirak etməyə dəvət edirik.
UNEC-in həmtəşkilatçısı olduğu konfransın əsas mövzusu "Human–AI Symbiosis for Learning, Interaction, Ethics, Accessibility, and Collective Intelligence" (Öyrənmə, qarşılıqlı əlaqə, etika, əlçatanlıq və kollektiv intellekt üçün İnsan–Süni İntellekt sinerjisi) adlanır.
Konfrans çərçivəsində aşağıdakı istiqamətlər üzrə elmi məqalələr qəbul olunur:
- İnsan–kompüter qarşılıqlı əlaqəsi (HCI);
- İnsan–texnologiya əməkdaşlığı;
- İstifadəçi təcrübəsi (UX) və əlçatanlıq;
- İnsan mərkəzli və izah oluna bilən süni intellekt;
- Virtual, artırılmış və qarışıq reallıq (VR/AR/XR);
- Metaverse və beyin–kompüter interfeysləri;
- Rəqəmsal etika, məxfilik və məlumat təhlükəsizliyi;
- Davamlı qarşılıqlı əlaqə texnologiyaları;
- Təhsil texnologiyaları, oyunlaşdırma və yaradıcılıq;
- Səhiyyə texnologiyaları;
- Rəqəmsal transformasiya, sosial təsir və digər əlaqəli sahələr.
Konfransa təqdim olunan bütün məqalələr beynəlxalq elmi komitə tərəfindən ikitərəfli anonim rəy (double-blind peer review) proseduru əsasında qiymətləndiriləcəkdir. Qəbul olunmuş məqalələr ISBN-li konfrans materiallarında nəşr ediləcək, seçilmiş məqalələrin genişləndirilmiş versiyalarının isə beynəlxalq indeks bazalarına daxil edilmiş elmi jurnallarda dərc olunması planlaşdırılır.
Əsas tarixlər
- 15 avqust 2026 – Xülasə və tam məqalələrin təqdim olunması üçün son tarix;
- 15 sentyabr 2026 – Qəbul nəticələrinin elan olunması;
- 20 oktyabr 2026 – Yekun (Camera-ready) məqalələrin təqdim edilməsi;
- 21–22 noyabr 2026 – Konfransın keçirilməsi.
Konfrans haqqında ətraflı məlumat, iştirak qaydaları və məqalələrin təqdim edilməsi üçün rəsmi internet səhifəsinə daxil ola bilərsiniz: https://www.hci-e.com/