3 noyabr 2026-cı il tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Zəfər Gününə həsr olunmuş “Azərbaycanın Zəfəri: hərbi strategiya, diplomatiya və milli birlik” mövzusunda Respublika elmi-praktiki konfransı keçiriləcək.
Konfransın məqsədi Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin hərbi-strateji, diplomatik və ictimai-siyasi aspektlərinin elmi müstəvidə müzakirəsi, bu sahədə aparılan tədqiqatların təşviqi və alimlər, tədqiqatçılar arasında elmi əməkdaşlığın genişləndirilməsidir.
Elmi-praktiki konfransda ali təhsil müəssisələrinin professor-müəllim heyəti, elmi işçilər, doktorantlar, dissertantlar, magistrantlar və mövzu ilə maraqlanan tədqiqatçılar iştirak edə bilərlər.