A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri, dosent Elşən Məmmədovun müəllifi olduğu “Qloballaşma və beynəlxalq sosial iş” adlı dərslik çapdan çıxıb.

Azərbaycanda “Qloballaşma və beynəlxalq sosial iş” fənni üzrə hazırlanmış ilk dərslik olan nəşr müəllifin uzunmüddətli elmi-pedaqoji fəaliyyətinin nəticəsi kimi ərsəyə gəlib.

Dərslikdə qloballaşmanın mahiyyəti, bu prosesə dair müxtəlif nəzəri yanaşmalar və fərqli baxışlar geniş şəkildə təqdim olunur. Eyni zamanda qloballaşmanın əhalinin rifahına təsiri, onun müsbət və mənfi tərəfləri nəzəri və praktik aspektdən təhlil edilir.

Nəşrdə beynəlxalq sosial işin əsas prinsipləri, nəzəri-metodoloji əsasları, müasir inkişaf istiqamətləri və tətbiq sahələri də əhatə olunub.

Dərslik UNEC-də “Sosial iş” ixtisasının əsas ixtisas fənləri sırasına daxil olan “Qloballaşma və beynəlxalq sosial iş” fənninin tədris proqramı əsasında hazırlanıb.

Nəşr “Sosial iş” ixtisası üzrə təhsil alan bakalavr və magistr tələbələri, eləcə də əhalinin sosial müdafiəsi sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq sosial iş mütəxəssisləri üçün faydalı vəsait kimi nəzərdə tutulur. 

TOP XƏBƏRLƏR