Naxçıvan Dövlət Universitetində (NDU) 5–6 dekabr 2026-cı il tarixlərində “Texnoparkların təhsildə və iqtisadi inkişafda rolu” mövzusunda IV Beynəlxalq Simpozium keçiriləcək.

Hibrid formatda təşkil olunacaq simpoziumda təhsildə innovasiyaların tətbiqi, texnoparkların elmi-tədqiqat və iqtisadi inkişaf prosesində rolu, eləcə də bu istiqamətdə aktual məsələlərin müzakirəsi nəzərdə tutulur.

Simpoziumda iştirak etmək istəyənlər qeydiyyat, məqalə qəbulu və digər təşkilati məsələlərlə bağlı ətraflı məlumatı https://konfrans.ndu.edu.az/ internet səhifəsindən əldə edə bilərlər. 

TOP XƏBƏRLƏR