Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tələbələrinin innovativ düşüncəsinin inkişafı və tətbiqyönlü ideyalarının reallaşdırılması məqsədilə II Tələbə Startap Müsabiqəsinə start verir.
Müsabiqənin məqsədi:
- Tələbələrin innovativ ideyalarının inkişafına dəstək vermək;
- Texnoloji, sosial, ekoloji və iqtisadi problemlərin həllinə yönəlmiş layihələri təşviq etmək.
Kimlər iştirak edə bilər?
- UNEC-də bakalavriatura və magistratura səviyyəsində təhsil alan tələbələr.
- Qeyd: UNEC əməkdaşları və ya məzunları komandalarda mentor qismində iştirak edə bilərlər.
- Komandalar 2–5 nəfərdən ibarət olmalı və bir nəfər komanda rəhbəri təyin edilməlidir.
- Hər iştirakçı yalnız bir layihədə iştirak edə bilər.
Layihələrə dair tələblər:
- Layihə innovativ və tətbiqyönlü olmalı;
- Real bazar və ya sosial problemin həllinə yönəlməli;
- Layihənin icra müddəti maksimum 12 ay olmalıdır.
Qeyd: Digər müsabiqələrdə maliyyələşdirilmiş və ya hazırda başqa müsabiqələrə təqdim edilmiş layihələr qəbul edilmir.
Tələb olunan məlumatlar
- Ərizə (elektron formada).
- Tələbə biletinin və şəxsiyyət vəsiqəsinin surəti.
- Komanda üzvləri haqqında qısa məlumat.
- Layihə təklifi forması (ideya, məqsəd, bazar potensialı və büdcə).
- Layihənin icra planı və gözlənilən nəticələr.
Qiymətləndirmə meyarları
- İdeyanın yeniliyi və aktuallığı;
- Tətbiq və kommersiyalaşma potensialı;
- Komanda üzvlərinin bacarıqları;
- Layihənin sosial və iqtisadi təsiri;
- Təqdimat keyfiyyəti (pitching mərhələsi).
Qalib layihələrin dəstəklənməsi
- Qaliblərlə UNEC arasında müqavilə bağlanacaq;
- Ayrılmış maliyyə vəsaiti birbaşa layihənin icrasına yönəldiləcək;
- Komanda mütəmadi hesabat təqdim etməli və vəsaitin təyinatı üzrə istifadəsini təsdiq etməlidir.
Son tarix və əlaqə
- Layihələrin qəbulu üçün son tarix: 20 sentyabr, 2026-cı il
- Qeydiyyat üçün e-poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
- Əlaqə: 055 313 53 65
Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSdNVZZR4l4Y4xPul31tyFX5JqzvV_4nt4jVIqODH9bY7bkpIA/viewform