A

UNEC Dizayn Məktəbində "Narkomaniyaya qarşı mübarizə" adlı maarifləndirici tədbir keçirilib.

Tədbiri UNEC Dizayn Məktəbinin direktoru dosent Lalə Məmmədova açaraq, narkomaniyanın, narkotik tərkibli maddələrdən sui-istifadənin, onların istehsalı, ticarəti, törətdiyi fəlakətlərin yüz illər boyunca olduğu kimi, XXI əsrdə də bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli qlobal problemlərdən biri olmaqda davam etdiyini diqqətə çatdırıb. Narkotikanın təhlükəsi artdıqca onunla mübarizə zərurətinin daha da aktuallaşdığını, narkotiklərdən sui-istifadəsinin və onların qanunsuz dövriyyəsinin son onilliklərdə daha çox qlobal miqyas almasını və cəmiyyətdəki sosial-psixoloji mühitə, iqtisadiyyata, siyasətə və qanunun aliliyinə mənfi təsir göstərdiyini bildirib.

Dizayn kafedrasının müdiri dosent Elfanə Qasımova gənclər arasında düzgün təlim–tərbiyə işlərinin aparılmasının onları gələcəkdə başlarına gələcək fəsadlardan qorumuş olduğunu, “ağ ölüm” adlandırılan mübarizənin aparılmasında polisin mövqeyini və bilavasitə valideynlərin üzərinə düşən məhsuliyyətdən danışıb. Bu fəsadların aradan qaldırılması üçün ailə, polis və təhsil ocaqlarının birliyinin olmasının vacilibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib, tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay