A

UNEC-də “SABAH Plus” Tələbə Mərkəzinin açılışı olub.

Tədbirin fəxri qonağı UNEC SABAH qruplarının məzunu, "2023-cü il Gənclər üçün Prezident Mükafatçısı" qalibi, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin sədri Ülviyyə Axundova tələbələrin qarşısında debat mövzusunda motivasiyaedici çıxış edib. Sonra Mərkəzin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Mərkəz 6 fərqli klubu koordinasiya edəcək:

  1. “Forward Thinkers” – UNEC SABAH-ın debat sahəsindəki əvvəlki gücünü bərpa etmək (rəhbər: Leyla Nadirli);
  2. “Study Abroad” -  xarici universitet və təqaüd proqramlarına müraciət prosesində, eləcə də IELTS, GRE/GMAT kimi imtahanlara hazırlaşanlara dəstək olmaq (rəhbər: Tunar Gözəlov);
  3. “Education and Career Guide” - müxtəlif sahələrdə (ACCA, CFA və s.) beynəlxalq sertifikatlar haqqında məsləhətlərin və mentorluqların verilməsi (rəhbər: Vüsalə Hüseynova);
  4. “Brain Ring” - İntellektual yarışların təşkil edilməsi (fakültə daxili), uğurlu tələbələrdən yığılmış komandaların universitetlərarası yarışlara göndərilməsi (rəhbər: Aynur Əsədova);
  5. “SABAHx” -  müəllimlərin, məzunların və tələbələrin trend mövzular və qlobal problemlər üzrə söhbətlərini təşkil edilməsi (rəhbər: Gülər Xəlilova);
  6. “SABAH Plus Research Center” –  tələbələrini elmi araşdırma və məqalə yazmağa cəlb edilməsi, araşdırma nəticələrinin yüksək dərəcəli beynəlxalq jurnallarda dərc olunmasının təmin olunması (rəhbər: İslam Kərimli).

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay