A

Aprelin 1-də Nərimanov Rayon Gənclər və İdman İdarəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Gənclər Təşkilatının  fəal üzvləri ilə görüş keçirilib. Görüşdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov İdarəninin fəaliyyəti, tələbə-gənclər təşkilatlarının sıx əməkdaşlığı haqqında geniş məlumat verib və qeyd edib ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir.

UNEC-in Tələbə Gənclər Təşkilatının sədri Yusif Məmmədzadə İdarə tərəfindən yaradılan şəraitə və tələbə-gənclər təşkilatları ilə yaranan sıx əməkdaşlığa görə öz minntdarlığını bildirib. Görüşdə fəal gəncləri və fakultə sədrlərini təqdim edən Y.Məmmədzadə qeyd edib ki, bu gün bütün sahələrdə inkişafın təməli olan sabitliyin, əmin-amanlığın yaranmasının, müasir dövlətçiliyimizin memarı, Ümummilli liderimiz Heydər Əliyev olub. Onun bizə olan tövsiyələri xalqımızın milli ideologiyasının və hələ neçə illər gənc nəslin formalaşdırılmasında müstəsna rolu olacaqdır.Sonda İdarə rəisi gəncləri maraqlandıran sualları cavablandırıb. Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tədbirlərdə yaxından iştirakına, Tələbə-Gənclər Təşkilatının formalaşmasında xidmətlərinə və təhsildə fərqləndiyinə görə təşkilatın 5 fəal üzvü Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tərəfindən “Fəxri Fərmanlar” ilə təltif edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay