A

Azərbaycan Beynəlxalq Bankı, UNEC Karyera Mərkəzi və “UNEC SABAH The Bankers Club”un birgə təşkilatçılığı ilə maliyyə və bank sektoruna aid praktiki ustad dərslərə start verilib. 

Tələbələrin daimi inkişafı və sosial aktivliyi məqsədilə təşkil olunan ustad dərslər ABB-nin şöbə müdiri Rüfət Kərimov, Daxili Audit Departamentinin direktorunun müavini Fərid Orucov və təcrübəli menecerlər tərəfindən audit işinin bankda təşkili mövzusunda keçirilib.

Dərslər mayın 31-də davam edəcək.

“UNEC SABAH The Bankers Club”unun məqsədi  bank sektorunda çalışanlarla bu sahədə təhsil alan tələbələri birləşdirib, uğurlu ünsiyyət platforması yaradaraq, vahid ideologiya ətrafında faydalı fikir və peşəkarlıq mübadiləsinin aparılması, yeni tanışlıqların, gələcək karyeraya yönəlik münasibətlərin qurulması və möhkəmləndirilməsi, işgüzar dəstəyin təmin edilməsidir.

TOP XƏBƏRLƏR