A

Mühəndislik fakültəsinin müəllimləri və “Materiallar mühəndisliyi” ixtisasının III kurs tələbələri “Azərfloat” QSC-yə səfər ediblər.

Mühəndislik və tətbiqi elmlər kafedrasının baş müəllimləri Afət Cəfərova və Vüsalə Musayeva tələbələrlə birlikdə şirkətin istehsal prosesi ilə yaxından tanış olub, istehsal zamanı hansı xammaldan istifadə olunduğunu, istehsal prosesinin ayrı-ayrı mərhələlərini izləyib, o cümlədən hazır vərəqə şüşələrin keyfiyyətinə nəzarət və laboratoriya bölməsində qonaq olublar.

Müəllim və tələbələr şirkətin SƏTƏM üzrə mütəxəssisi Ülvi Seyfullayev tərəfindən təlimatlandırıldıqdan sonra xammal laboratoriyasına gediblər. Ülvi Seyfullayev bildirib ki, 2017-ci ildən fəaliyyət göstərən “Azərfloat” QSC Azərbaycan Respublikasında qeyri-neft sənayesinin inkişafına xidmət edən şirkət olaraq əsasən inşaat təyinatlı vərəqə şüşə məhsulları istehsal edir.

Laboratoriyanın aparıcı mütəxəssisi Nigar Rəcəbli istifadə olunan xammal, onların analizi, bu zaman istifadə olunan yeni müasir tipli cihaz və avadanlıqlar haqqında iştirakçılara ətraflı məlumat verib. Daha sonra Keyfiyyətə nəzarət və laboratoriya bölmələrinin rəhbəri Aleksandr İvanov hazır şüşələrin keyfiyyətinə nəzarətin həyata keçirilməsində istifadə olunan üsullar haqqında  tələbələrə məlumat verib.

Ekskursiyanın sonunda “Azərfloat” QSC-nin İnsan resursları şöbəsinin rəhbəri Orxan Mehdizadə və aparıcı mütəxəssisi Natavan Əzizova şirkətin gələcək perspektivlərindən söhbət açaraq hazırda şirkətin bacarıqlı, bilikli və savadlı material mühəndislərinə ehtiyacı olduğunu bildiriblər, həmçinin müəssisədə buraxılış kurs tələbələrinin istehsalat təcrübəsinin keçirilməsi imkanları da müzakirə olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay