×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder e4007fced64050105533db625a516a03-cache-page-be66c991f2af4612a449f3bab4fabd8f.php silmək alınmadı


A

UNEC-in Rus İqtisad Məktəbində 28 may Müstəqillik Günü və 15 iyun Qurtuluş Günü münasibətilə “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

Azərbaycanın dilbər guşələrindən biri olan Lənkəranda keçirilən yarışda fakültənin əməkdaşları, aktiv tələbələri və bir qrup məzunları iştirak ediblər. Yarışda iştirakçılara Azərbaycan Xalq Cümhuriyyəti  və Qurtuluş Gününə həsr olunan suallar təqdim olunub. Maraqlı keçən yarışın sonunda qaliblərə kitab və hədiyyələr təqdim olunub.

Yarışdan sonra ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində göstərdiyi misilzis xidmətlərindən, eləcə də Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyətindən bəhs edən videoçarx da nümayiş olunub.

Tədbirin bədii hissəsində dahi şair Ömər Xəyyamın şeirlərindən parçalar səsləndirilib, tamaşalardan fraqmentlər nümayiş olunub.

UNEC kollektivi Lənkəran səfərindən xoş təəssüratlarla geri dönüb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay