A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində I kurs tələbələri ilə görüş keçirilib. 

Görüşdə fakültənin dekanı dos. Elçin Eyvazov və dekanlığın əməkdaşları iştirak ediblər. Fakültə dekanı dos. Elçin Eyvazov tələbələri universitetə daxil olmaları münasibətilə təbrik edərək, təhsillərində uğurlar arzulayıb. E.Eyvazov tələbələrə universitetin infrastrukturu, tədris, imtahan prosesinin təşkili, təqaüdlər, UDİD və MİNOR proqramları, startap layihələri, beynəlxalq ikili diplom proqramları, tələbə təşkilatları və s. barədə məlumat verib. 

6 ixtisas üzrə qəbul olmuş 678 tələbə ilə görüşdə E.Eyvazov fakültənin ən yüksək balı “İqtisadiyyat” ixtisası üzrə 617 bal olduğunu, qəbul olunanların arasında 5 əcnəbi tələbənin olduğunu bildirib.

Sonra dekanlığın idarəetmə heyəti, operator-kargüzar və tyutor bölmə rəhbərləri tələbələri digər cari məsələlər barədə ətraflı məlumatlandırıblar.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay