A

İsveçrənin HES-SO Ali İdarəetmə Məktəbinin tələbələrinin UNEC-də 2 həftəlik təcrübə proqramı yekunlaşıb.

İntensiv təcrübə proqramında tələbələrə müxtəlif sahələr üzrə peşəkar mütəxəssislər tərəfindən silsilə təlimlər keçilib. Eyni zamanda isveçrəli tələbələrin dövlət və  özəl qurumlara səfərləri təşkil olunub. Təcrübə proqramının son günündə Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Nərmin İbrahimova tələbələrlə görüşərək, onların 2 həftəlik proqramla bağlı təəssüratlarını öyrənib. Tələbələr proqram çərçivəsində bir-birindən maraqlı mövzularda təlimlərin keçirildiyini, eləcə də dövlət və özəl qurumların fəaliyyətləri ilə bağlı böyük təcrübə əldə etdiklərini bildiriblər.

Sonda tələbələrə sertifikatlar təqdim edilib. 

TOP XƏBƏRLƏR