A

Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə 44 Günlük Vətən müharibəsinə həsr olunan onlayn görüş baş tutub.

Görüş şanlı tariximizi yenidən xatırlatmaq, müharibə haqqında həqiqətləri tələbələrlə bölüşmək məqsədi ilə keçirilib.

Ümumi fənlərin tədrisinin təşkili departamentinin (ÜFTTD) baş müəllimi Cəmilə Həsənova müstəqil Azərbaycanın tarixi və müharibənin gedişi barədə zəruri məlumatları tələbələrin diqqətinə çatdıraraq bildirib ki, 44 günə əzəli torpaqlarımız qəhrəman şəhidlərin qanı və canı bahasına azadlığa qovuşub. “Dəmir yumruq” əməliyyatı nəticəsində düşmən darmadağın edilib və Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü bərpa edib.

Görüşdə müharibədə iştirak edib, vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin də ruhu anıldı.

TOP XƏBƏRLƏR