A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsində 18 oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunan elmi seminar keçirilib.

Seminarda fakültənin dekanı dos.Elçin Eyvazov müstəqilliyin bərpasından sonrakı hadisələrdən bəhs edərkən bildirib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl olub. Elçin Eyvazov həmçinin çıxışında, Ümummilli liderin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu, məqsədyönlü daxili və xarici siyasətinin dövlətimizin daha da güclənməsinə, regionda lider olmasına gətirib çıxardığını bildirib.

Tədbirdə AMEA-nin Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov müstəqillik tarixindən, dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən bəhs edib.

Sonda mövzu ətrafında suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay