A

UNEC Dizayn Məktəbi və UNEC Dizayn məktəbinin Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə Dövlət Müstəqilliyinin Bərpasının otuz ikinci ildönümünə həsr edilmiş seminar keçirilib.

Seminarda UNEC Dizayn Məktəbinin katibi Aytən Ağayeva çıxış edərək, Azərbaycanın müstəqillik tarixi haqqında məlumat verib, 1991-ci ilin bu günündə ölkəmizin müstəqilliyinin bərpa edildiyini, bu dövrdə ölkəmizin çox gərgin və mürəkkəb proseslərlə qarşılaşdığını bildirib. A.Ağayeva qeyd edib ki,1993-cü ildə xalqın iradəsi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi nəticəsində ölkəmizdə sabitlik bərqərar oldu, görkəmli dövlət xadiminin Azərbayacana rəhbərlik etdiyi dövrdə ölkəmizin siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi nəticəsində dövlət müstəqilliyimiz möhkəmləndirilib.

UNEC Dizayn Məktəbinin TEC-in sədri Gülçöhrə Salehzadə məhz Ali Baş Komandan Prezident İlham Əliyevin siyasəti, qətiyyəti və müdrikliyi sayəsində bu gün müstəqilliyin bərpası gününün qalib ölkə olaraq ərazi bütövlüyümüzün bərpası şəraitində qeyd olunduğunu vurğulayıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay