A

UNEC Dizayn Məktəbinin birinci kurs tələbələri ilə görüş keçirilib. 

Görüşdə UNEC Dizayn Məktəbinin direktoru dos. Lalə Məmmədova, Dizayn kafedrasının müdiri dos. Elfanə Qasımova, fakültə katibi və tələbə təşkilatlarının sədrləri iştirak ediblər.

Məktəbin direktoru dos.Lalə Məmmədova tələbələri universitetə daxil olmaları münasibətilə təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb. Tələbələrə universitetin infrastrukturu, tədris prosesinin təşkili, UDİD və MİNOR proqramları, startap layihələri, beynəlxalq ikili diplom proqramları, tələbə təşkilatları və s. barədə məlumat verib. Kafedra müdiri dos. Elfanə Qasımova tələbələrə Dizayn ixtisasının UNEC-də tədrisinin keçirilməsi, məktəbdə təşkil olunan sərgilər haqqında məlumat verib.

Sonra məktəbin katibi, tyutor və operator-kargüzar tələbələri digər cari məsələlər barədə ətraflı məlumatlandırıblar.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay