A

UNEC Dizayn Məktəbi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbiri UNEC Dizayn Məktəbinin direktoru dos. Lalə Məmmədova açaraq ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisi olduğunu qeyd edib.

Dizayn kafedrasının müdiri dos. Elfanə Qasımova çıxışında bayraq həm dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsi olduğunu vurğulayıb.

 Tədbirin sonunda UNEC Dizayn məktəbinin tələbəsi Aysel Ələkbərzadə təqdimatla çıxış edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay