A

UNEC-in Dizayn Məktəbi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbiri UNEC Dizayn məktəbinin direktoru dos.Lalə Məmmədova açaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövlətinin ən şanlı günlərini yaşadığından, 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərdən və şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından bəhs edib.

Dizayn kafedrasının müdiri dos.Elfanə Qasımova Zəfər Gününün müstəqilliyimizin simvolu olan Dövlət Bayrağı Günü ərəfəsinə təsadüf etdiyini, Azərbaycanın üçrəngli bayrağının azad edilmiş ərazilərimizdə ucaldılaraq qürurla dalğalandığını qeyd edib.

Tədbirin sonunda Dizayn kafedrasının baş müəllimi Gülçöhrə Salehzadə İlham Əliyevin oktyabr ayının 15-də, hakimiyyətinin 20-ci ildönümündə Xankəndində Azərbaycan Dövlət Bayrağını ucaldaraq Zəfər tariximizə daha bir şanlı səhifəsini yazdığını vurğulayıb.

Tədbirdə UNEC Dizayn məktəbinin tələbələri musiqili kompozisiya və təqdimatla çıxış ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay