A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün “Narkotik və psixotrop maddələrə yox” mövzusunda təlim keçirilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın ölkəmizdə insanların sağlamlığının, mənəvi dəyərlərimizin qorunmasında, narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə mühüm əhəmiyyət daşıdığını bildirib.

Mərkəzin rəhbəri dosent Şəfahət Abdullayeva, psixoloqlar Mərziyə Əzməmmədova və Aysel Əliyeva çıxış edərək, tələbələrə bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini bildiriblər. Təlimdə həmçinin narkomaniyanın insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olan amil olduğunu, ölkəmizdə narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi və ona qarşı mübarizə sahəsində dövlətin strateji istiqamətlərinin müəyyən olunduğu diqqətə çatdırılıb. 

Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay