A

UNEC Dizayn Məktəbində 17 noyabr- Milli Dirçəliş Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbiri UNEC Dizayn məktəbinin direktoru dosent Lalə Məmmədova açaraq, bildirib ki, tariximizə Milli Dirçəliş Günü kimi düşən 17 noyabrın mənəvi əsasları Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başlamışdır. Daha sonra L.Məmmədova Heydər Əliyevin Sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərə, elmin, mədəniyyətin dirçəlişinə xüsusi önəm verildiyini, həmin dövrdə Azərbaycanın əsl intibah və dirçəliş dövrünə qədəm qoyduğunu diqqətə çatdırıb. Həmçinin Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlərin və ziyalılar ordusunun yetişdiyi bildirilib.

“Dizayn” kafedrasının müdiri dosent Elfanə Qasımova tədbirdə qeyd edib ki, noyabr ayının 17-də bu hərəkat fəaliyyətinin ən yüksək zirvəsinə çataraq, məhz həmin gün xalqımızın tarixində milli-azadlıq hərəkatı kimi qiymətləndirilmiş və ölkəmizin istiqlaliyyət qazanmasında əsas amil sayılmışdır. Milli-azadlıq hərəkatı xalqın böyük oğlu Heydər Əliyevin rəhbərliyi altında birləşərək nəhayət dövlət müstəqilliyinə nail olmuşdur.

Tədbirin sonunda Milli Dirçəliş Gününə həsr olunmuş videoçarx nümayiş  olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay