A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsi və Ümumi fənlərin tədrisinin təşkili departamentinin birgə təşkilatçılığı ilə 17 noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib.

Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev bu günün xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olması və Azərbaycanın müstəqilliyinin bərpa olunmasındakı rolundan bəhs edib.

“Humanitar fənlər” kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Cəmilə Həsənova “17 noyabr – Milli Dirçəliş Günüdür” adlı məruzə ilə çıxış edib. O, 1988-ci il noyabrın 17-dən başlanan milli istiqlal hərəkatının Azərbaycan xalqının müstəqillik arzularının reallaşdırılması üçün tarixi bir fürsət yaratdığını və müstəqilliyinin bərpasında mühüm rol oynadığını bildirib. Mənəvi əsaslarını və başlanğıcını ötən əsrin 60-cı illərindən götürən bu tarixin sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldığını, müstəqil Azərbaycanın müasir inkişaf yoluna qədəm qoyduğunu qeyd edib.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay