A

2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqının fəal tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib.

Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb, həmkarlar ittifaqı təşkilatları tərəfindən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edib.

Sonra yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə (65 nəfər) ATİAHİ RK-nın adlı təqaüdü təqdim edilib.

Təqaüd alanlar sırasında UNEC THİK-in fəal tələbələri– Maliyyə və mühasibat fakültəsinin IV kurs tələbəsi Səbuhi İmanov, Rus İqtisad Məktəbinin II kurs tələbəsi Riad Hüseynov, Beynəlxalq İqtisadiyyat Məktəbinin III kurs tələbəsi Fərəh Yusifli, İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs tələbəsi İlham Qulamhüseynov, SABAH Mərkəzinin II kurs tələbəsi Elnarə İsazadə iştirak edib.

Tələbələri təbrik edir, növbəti fəaliyyətlərində uğurlar arzu edirik.

TOP XƏBƏRLƏR