A

UNEC Dizayn Məktəbində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və Narkomaniyaya qarşı mübarizə” mövzusunda tələbələrə maarifləndirici tədbir keçirilib.

Tədbiri UNEC Dizayn Məktəbinin direktoru, dos. Lalə Məmmədova açaraq, narkomaniya, narkotik tərkibli maddələrdən sui-istifadə, onların istehsalı, ticarəti, törətdiyi fəlakətlər yüz illər boyunca olduğu kimi, XXI əsrdə də bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli qlobal problemlərdən biri olmaqda davam etdiyini, narkotika təhlükəsi artdıqca onunla mübarizə zərurətinin daha da aktuallaşdığını, narkotiklərdən sui-istifadə və onların qanunsuz dövriyyəsinin son onilliklərdə daha çox qlobal miqyas almasını və cəmiyyətdəki sosial-psixoloji mühitə, iqtisadiyyata, siyasətə və qanunun aliliyinə mənfi təsir göstərdiyini bildirib.

Dizayn kafedrasının müdiri dos.Elfanə Qasımova gənclər arasında düzgün təlim–tərbiyə işlərinin aparılmasının onları gələcəkdə başlarına gələcək fəsadlardan qorumuş olduğunu, “ağ ölüm” adlandırılan mübarizənin aparılmasında polisin mövqeyindən və bilavasitə valideynlərin üzərinə düşən məsuliyyətdən danışıb. Bu fəsadların aradan qaldırılması üçün ailə, polis və təhsil ocaqlarının birliyinin olmasının vacibliyini tədbir iştirakçılarına çatdırıb.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib, tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay