A

UNEC-də tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, korporativ sektorun təcrübəsinin öyrənilməsi məqsədlə, davamlı olaraq, özəl sektorun rəhbər vəzifəli şəxsləri ilə görüşlər keçirilir.

Bu dəfəki görüş Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbovla olub.

Türk Dünyası İqtisad Fakültəsinin tələbələri ilə görüşən Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov 30 illik sahibkarlıq təcrübəsindən danışıb. Şirkət quruculuğu, risklərin idarə olunması, çətinliklərin öhdəsindən gəlmək və biznesin dayanıqlılığı ilə bağlı gənclərə tövsiyələr verib. Görüş zamanı tələbələri maraqlandıran suallar da təsisçi tərəfindən cavablandırılıb.

Qeyd edək ki, sentyabr ayından etibarən UNEC ilə Veysəloğlu Şirkətlər Qrupu arasında əməkdaşlığa əsasən Şirkətlər Qrupunun 11 nəfər rəhbər vəzifədə çalışan əməkdaşı "Satışın İdarəedilməsi" və “Pərakəndəçilik” mövzusunda öz biznes təcrüblərini son kurs tələbələri ilə bölüşüblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay