A

EY Azərbaycanın "Inspiring Journey" layihəsinin növbəti qonağı “EY İlin İş Adamı 2022” müsabiqəsinin “Ən yaxşı müştəri həlli” nominasiyasının qalibi, “YIĞIM Ödəniş Sistemi” şirkətinin həmtəsisçisi Vüqar Cəfərov olub.

Layihə çərçivəsində Vuqar Cəfərov UNEC-in Maliyyə və Mühasibat, SABAH mərkəzi və Rus İqtisad Məktəbinin tələbələri ilə görüşərək, onlara öz uğur hekayəsini danışıb. Həmçinin şirkətin yaranma tarixçəsi və biznesin uğur qazanması üçün atılan strateji addımlardan bəhs edib.

Görüşün sonunda ən fəal iştirakçılar “YIĞIM”da təcrübə proqramına qoşularaq, karyeralarında ilk addımlarını atmaq imkanı əldə ediblər.

Tədbir Karyera Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay