A

UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin dəstəyi ilə tələbələr üçün  ESN Azerbaijan tərəfindən Erasmus+ imkanları, xaricdə təhsil və könüllülük proqramları haqqında infossessiya təşkil olunub.

Tədbirdə ESN Azerbaijanın prezidenti Kübra Rəsul, təşkilatın vitse-prezidenti Nərgiz Əlili və əməkdaşı Yaqub Əhmədov təşkilatın fəaliyyəti, Erasmus+ imkanları, Avropa Həmrəylik Korpusu, xaricdə təhsil və təcrübə proqramları eləcə də gələcək layihələr barədə məlumat veriblər.

Sonra ESN Azerbaijanın üzvü, Avropa Həmrəylik Korpusu proqramının məzunu, Xəyal Məhərrəmli, Erasmus+ proqramının məzunu Lalə Səlimli və “MaRIHE” proqramının qalibi, hazırda Avstriyada magistr təhsili alan Aysel Muradova xaricdə təhsil barədə öz təcrübələrini bölüşüblər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay