A

UNEC Psixoloji Xidmət Mərkəzinin əməkdaşları Biznes və menecment fakültəsinin tələbələri üçün “İmtahan həyəcanı və onun aradan qaldırılması yolları” mövzusunda təlim keçirib.

Mərkəzin rəhbəri dosent Şəfahət Abdullayeva, psixoloqlar Mərziyə Əzməmmədova və Aysel Abdullayeva təlimdə çıxış edərək, imtahandan öncə yaşanan həyəcanın əlamətləri və onun aradan qaldırılması yolları haqqında məlumat veriblər.

Mərkəzin rəhbəri dosent Şəfahət Abdullayeva tələbələrə imtahan həyəcanı, stresin əlamətləri, bu vəziyyətdən çıxış yolu haqqında danışıb. Həyəcan və stresin imtahan zamanı tələbələrin intellekt və biliklərini tam realizə etməyə imkan vermədiyini, imtahanda yaxşı nəticələr əldə edə bilmələri üçün özlərinə güvənmələrini tövsiyə edib.

Təlimdə tələbələrin imtahan həyəcanını öyrənmək üçün test keçirilib.

Sonda isə tələbələrə mövzu ilə bağlı qısa video nümayiş olunub və onların sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay