A

““2019-2023-cü illər” Ali təhsilin rəqabətqabiliyyətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında birgə həyata keçirilən “Təhsil siyasəti və idarəetməsi” üzrə ikili diplom magistratura proqramının tələbələri ilə UNEC-də görüş keçirilib.

Proqramın baş direktoru Tofiq Əhmədovun moderatorluğu ilə keçən müzakirədə UNEC-in tədris üzrə prorektoru dos.Gəray Musayev və elm üzrə prorektoru dos.Fariz Əhmədov Azərbaycanda ali təhsilin idarə edilməsində UNEC təcrübəsini tələbələrlə bölüşüblər. Prorektorlar UNEC-in 2019-2030-cu illər üzrə İnkişaf Startegiyasında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.

Sonra ali təhsilin idarə edilməsinin nəzəri məsələlərinin praktik aspektləri barədə müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay