A

UNEC-in Biznes və menecment fakültəsində narkomaniya ilə mübarizə üzrə maarifləndirici təlim təşkil olunub.

Biznes və menecment fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə kliniki psixoloq Heyran İbrahim narkomaniya “ağ ölüm” mövzusunda təlim keçirib. Kliniki psixoloq H.İbrahim təlimdə narkotik vasitələrdən istifadənin zərərləri barədə məlumat verərək, təqdimatla çıxış edib.

Biznes və menecment fakültəsinin katibi Elxan Salayev narkomaniya ilə mübarizəyə dair çıxışında ictimai aspektlərə toxunaraq, gənclərin həyatında qarşılaşa biləcəkləri bu problemdən heç kimin sığortalanmaması barədə məlumat verib. Sözügedən problemin həlli üçün cəmiyyətin bir araya gəlməsi və gənclərin narkomaniyaya qarşı mübarizəsində kollektiv dəstəklərin olmasının vacibliyini vurğulayıb.  

Təlimin sonunda tələbələri maraqlandıran suallar ətrafında müzakirə aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay