A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamenti UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsilə (THİK) birgə “Yaşıl UNEC ili” çərçivəsində “Vətənimizi yaşıl rəngə bürüyək” mövzusunda “EKO İDEYA” müsabiqəsini tamamlayıb.

Fevral ayından mərhələli şəkildə davam edən “Vətənimizi yaşıl rəngə bürüyək” müsabiqəsinin yekun mərhələsində Biznes və menecment, Mühəndislik, TUDİFAK, UNEC Zaqatala filialından iştirak etmiş tələbələrdən müsabiqə şərtlərinə uyğun gələnlərin 11-i öz ideyalarını təqdim ediblər.

Beləliklə, I yerə Türk Dünyası İqtisad Fakültəsinin I kurs tələbəsi Amin Zərbalıyev, II yerə Mühəndislik fakültəsinin II kurs tələbəsi Cəmil Eyvazlı və UNEC Zaqatala filialının Biznesin idarə edilməsi fakültəsinin tələbəsi Ayan Babayeva, III yerə Biznes və menecment fakültəsinin II kurs tələbəsi Nurlan Vəliyev layiq görülərək, diplom və hədiyyələrlə təltif olunublar.

Müsabiqənin digər iştirakçıları isə sertifikatlarla təltif olunublar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay