UNEC-in Biznes və menecment fakültəsində “İqlim dəyişiklərinin işgüzar fəaliyyətə təsiri və natiqlik“ mövzusunda təlim keçirilib.
Biznes və menecment fakültəsi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunmuş təlimdə qonaq qismində Nəcəf Allahverdiyev tələbələr qarşısında çıxış edərək, iqlim dəyişikliyi, işgüzar fəaliyyət və nitqin kəsişməsi ilə bağlı tələbələrin bilməli olduqları məqamlara nəzər salıb, bundan əlavə, iqlim dəyişikliyinin insan davranışına təsiri və effektiv ünsiyyətin qurulmasında praktiki təlimatlar verib.
Tədbirdə çıxış edən Biznes və menecment fakültəsinin katibi Elxan Salayev iştirakçılara COP 29-un müxtəlif aspektləri barədə məlumat verib. Eyni zamanda, E.Salayev akademik mühitdə rəqabət üstünlüyü əldə etmək üçün tələbələrin tez-tez buraxdıqları səhvlərə toxunub.
Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.