A

Azərbaycan Respublikasının Hesablama Palatası, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gürcüstan Dövlət Audit İnstitutu arasında 2 noyabr 2022-ci il tarixində imzalanmış üçtərəfli memorandum çərçivəsində Palatanın əməkdaşları tərəfindən Maliyyə və mühasibat fakültəsinin təşkilatçılığı ilə UNEC tələbələri üçün “Dövlət sektorunda audit” mövzusunda proqramın 2 aylıq təlim mərhələsinə uğurla yekun vurulub.

Proqramın təlim mərhələsində “Maliyyə” və “Mühasibat” ixtisasları üzrə təhsil alan Maliyyə və mühasibat fakültəsinin 49, SABAH Mərkəzinin 15 və Beynəlxalq İqtisadiyyat Məktəbinin 5 tələbəsi iştirak edib.

Təlim mərhələsi çərçivəsində Hesablama Palatasının Hüquqi təminat və keyfiyyətə nəzarət şöbəsinin müdiri Nuranə Səfərova, Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev və müdir müavini Sənan Ağakişiyev, Ümumdövlət xidmətlərinin auditi şöbəsinin müdiri Yaşar Əzizov, müdir müavini Orxan Abbasov və məsləhətçisi Samir Quliyev, Dövlət investisiyalarının və dövlət borcunun auditi söbəsinin müdiri Firiş Şəkərəliyev və sektor müdiri Fariz Paşayev, Dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi söbəsinin müdiri Azim Abasov, Dövlət büdcəsi və strateji təhlil şöbəsinin müdir müavini Gülnar Hacıyeva və baş məsləhətçisi Vüsalə Rüstəmova, Sosial sahələrin auditi şöbəsinin müdir müavini Qüdrət Hümbətov və aparıcı məsləhətçisi Azəri Məmmədov, Maliyyə və təchizat şöbəsinin müdir müavini Qönçə Qasımova, Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinin sektor müdiri Ramal Əzizov, baş məsləhətçisi Nəzrin Zeynalova Məmmədova və məsləhətçiləri Zeynəb Əzimbəyova və Şirvanə Tacirli, Müdafiə və hüquq-mühafizə sahələrinin auditi sektorunun məsləhətçisi Nizami Alməmmədov, baş məsləhətçi-daxili auditor Arif Əliyev tələbələr qarşısında müxtəlif mövzular üzrə geniş təqdimatlarla çıxış ediblər və onları maraqlandıran sualları cavablandırıblar.

Növbəti mərhələdə tələbələrin təlimlərdə əldə etdikləri bilik və bacarıqların, o cümlədən maraq və motivasiyasının qiymətləndirilməsi məqsədi ilə test və yazılı imtahanlar və müsahibə təşkil ediləcək.

Qeyd edək ki, əməkdaşlıq çərçivəsində kadr hazırlığının təmin edilməsi məqsədilə dövlət orqanının əməkdaşları tərəfindən bilavasitə ali təhsil müəssisəsində praktik təlimlər keçməklə “Dövlət sektorunda audit”in öyrənilməsində yüksək fəallıq və nəticə göstərmiş tələbələrə xüsusi sertifikatların verilməsi və Hesablama Palatasının müvafiq struktur bölmələrində fəaliyyətə cəlb olunması planlaşdırılır. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay