A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili Departamentinin “Humanitar fənlər” kafedrasının təşkilatçılığı, kafedra əməkdaşları və tələbələrin iştirakı ilə COP 29-a həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan kafedranın müdiri, prof.Vəkil Həsənov COP 29 kimi Beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışaraq, onun ölkəmizdə  keçirilməsinin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksək olması ilə əlaqələndirib.

Kafedranın dosenti Telman Niftaliyev “Azərbaycanın COP 29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda geniş təqdimatla çıxış edərək, Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı və logistika mərkəzinə çevrilməsi sahəsində görülən tədbirlərdən, Azərbaycanın 2005-ci ildə “Şimal – Cənub” nəqliyyat dəhlizi anlaşmasına qoşulması, hal-hazırda isə Zəngəzur dəhlizinin istifadəyə verilməsinin vacibliyindən ətraflı bəhs edib.

Kafedranın baş müəllimi Cəmilə Həsənova, müəllimlər Rafiq Verdiyev və Svetlana Məhərrəmova dəyirmi masada öz fikirlərini bölüşüblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. 

TOP XƏBƏRLƏR