A

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən UNEC tələbələri mükafatlandırılıb.

Mükafatlandırma mərasimində AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, AzEdu.az-ın əməkdaşı Ləman Novruzova və “Brend tələbə” adını qazanmış tələbələr iştirak ediblər.

Tələbələri təbrik edən Elşad Eyvazlı, onlara təhsillərində və gələcək karyerlarında uğurlar arzulayıb. O, bu tip layihələrin universitet həyatında təhsil uğurları və fəallığı ilə seçilən tələbələrə motivasiya olduğunu, digər tələbələrə isə özlərini daha da inkişaf etdirmələri üçün stimul olduğunu vurğulayıb.

Görüşdə tələbələr öz təhsil uğurları və universitet həyatları barədə fikirlərini bölüşüblər.

Sonra onlara təltifnamələr təqdim olunub və xatirə şəkli çəkilib.

UNEC-in "Brend tələbə" statusuna layiq görülmüş tələbələrini tanıyaq:

Jalə Teymurlu - Maliyyə və mühasibat fakültəsi, "Maliyyə" ixtisası.

Rəvan Namazov - Beynəlxalq İqtisadiyyat Məktəbi, (ISE) “Maliyyə” ixtisası.

Aqşin Quluzadə - Biznes və menecment fakültəsi, "Biznesin idarə edilməsi" ixtisası.

Lalə Şıxalızadə - UNEC Dizayn məktəbi, "Dizayn" ixtisası.

Şərqiyyə Gəraylı - "SABAH" mərkəzi, "Maliyyə" ixtisası.

Nihad İsgəndərov - İqtisadiyyat və idarəetmə fakültəsi, "Dövlət və bələdiyyə idarəetməsi” ixtisası.

Rüfət Hüseynzadə - Rus İqtisad Məktəbi, "Marketinq" ixtisası.

Türkan Bəşirli - Rəqəmsal iqtisadiyyat fakültəsi, "Kompüter elmləri" ixtisası.

Elmir Bağırzadə - Mühəndislik fakültəsi, “Elektrik və elektronika mühəndisliyi” ixtisası.

Vüsalə Əsədova - Türk Dünyası İqtisad Fakültəsi, "İqtisadiyyat" ixtisası. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay