A

UNEC-in Maliyyə və mühasibat, İqtisadiyyat və idarəetmə, Rəqəmsal İqtisadiyyat, Biznes və menecment, Mühəndislik fakültələri, Türk Dünyası İqtisad Fakültəsində (TUDİFAK), Rus Iqtisad Məktəbində, Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE), UNEC Dizayn Məktəbi,  SABAH Mərkəzi, Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentində (ÜFTTD) 28 May - Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Silsilə tədbirlərdə milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qısa vaxt ərzində həyata keçirdiyi islahatlar, ölkənin demokratikləşməsi və insan hüquqları sahəsində atılan addımlar, dövlətçiliyimizin möhkəmləndirilməsi və sairin müstəqil ölkəmizin ən böyük uğurlarından olduğu qeyd olunub.

Tədbirlərdə həmçinin, bu şanlı tarixin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci il 15 oktyabr tarixində təsdiq etdiyi “Müstəqillik Günü haqqında” Qanunla Müstəqillik Günü kimi qəbul edildiyi vurğulanıb. 

Tədbirlərdə tariximizin ən şanlı və parlaq səhifələrindən biri olan 28 May – Müstəqillik Gününə həsr olunmuş videoçarxlar nümayişi etdirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay