A

UNEC-in SABAH Mərkəzində, Maliyyə və mühasibatlıq fakültəsində, Ümumi Fənlərin Tədrisinin Təşkili Departamentində (ÜFTTD)28 May-Müstəqillik Gününə həsr olunmuş xüsusi dərslər keçirilib.

Xüsusi dərslərdə müstəqilliyin tarixi barədə məlumat verilib. Bildirilib ki, 23 ay mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirərək, Azərbaycanın ilk parlamenti yaradılıb, ölkənin sərhədləri müəyyənləşdirilib, dövlət atributları təsdiqlənib. Həmçinin Azərbaycanın ilk universiteti təsis olunub, təhsil milliləşdirilib, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görülüb.

Dərslərdə Cümhuriyyətin yaranmasında Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəylinin əvəzsiz rolundan danışılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay