A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos. Elçin Eyvazov I kurs tələbələri ilə görüşüb.

Görüşdə Elçin Eyvazov birinci kursları tələbə adını qazanmaları münasibətilə təbrik edib, onlara yeni təhsil ilində  uğurlar arzulayıb.

E.Eyvazov tələbələrə fakültə haqqında məlumat verib. Bildirib ki, fakültəyə “İqtisadiyyat”, “Ekologiya”, “Sosial iş”, “Beynəlxalq münasibətlər”, “Statistika”, “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasları üzrə 702 tələbə qəbul olub. Ötən illə müqayisədə fakültəyə keçid ballarının artdığını deyib. Fakültə üzrə ən yüksək nəticənin “İqtisadiyyat” ixtisası üzrə 628.8 bal olduğunu bildirib.

Sonra dekanlığın idarəetmə heyəti və tyutor bölmə rəhbərləri tələbələri universitetin infrastrukturu, tədris və imtahan prosesinin təşkili, təqaüdlər, UDİD və MİNOR proqramları, startap layihələri, beynəlxalq ikili diplom proqramları, tələbə təşkilatları, eləcə də digər cari məsələlər barədə ətraflı məlumatlandırıblar.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay