A

İsveçrənin HES-SO Ali İdarəetmə Məktəbinin tələbələrinin UNEC-də “Business in Eurasia” təcrübə proqramı uğurla davam edir.

İki həftəlik proqramın 3-cü günündə tələbələrə UNEC Biznes Məktəbinin müəllimi Rövşən Hacıyev tərəfindən “Maliyyə modelində süni intellekt” adlı seminar keçirilib. R.Hacıyev seminar zamanı tələbələrə süni intellektin maliyyə modelləşdirməsində məlumatların təhlilinin effektivliyinin artırılması və sürətli nəticələrin əldə olunması yollarından danışıb.

Günün ikinci yarısında tələbələr Veysəloğlu Şirkətlər Qrupuna məxsus Ulduz şokolad fabrikinə səfər ediblər. Fabrikin əməkdaşları tərəfindən tələbələr üçün ekskursiya təşkil olunub. Onlar şokolad və qənnadı məhsullarının istehsalı ilə yaxından tanış olublar və məhsulları dequstasiya ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay