A

UNEC və İsveçrənin HES-SO Ali İdarəetmə Məktəbi arasındakı əməkdaşlıq çərçivəsində UNEC Biznes Məktəbinin dekanı Nazim Hacıyev içveçrəli tələbələrə “Enerji bazarlarında oliqopoliya meylləri: səbəblər, rəqabət böhranı və sektoral inkişaf strategiyaları” mövzusunda seminar keçib.

Seminarda COVID-19 pandemiyasının yaratdığı qeyri-müəyyənlik fonunda enerji bazarlarında artan oliqopoliya meyllərinə diqqət yetirilib. Eyni zamanda elektrik enerjisi bazarları üzrə Avropa İttifaqı, Rusiya və Azərbaycan təcrübələrindən istifadə olunaraq, effektiv bazar modelinin seçilməsi problemləri araşdırılıb.

Günün ikinci yarısında tələbələrin Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) səfəri baş tutub. ARDNF-nin inzibati binası və muzeyi ilə tanış olduqdan sonra, tələbələrə fond əməkdaşları tərəfindən təqdimat keçirilib. ARDNF-nin rəhbər heyətinin iştirakı ilə keçirilən infosessiyada tələbələrə fondun investisiya fəaliyyəti, neftdən əldə edilən gəlirin bölündüyü sahələr, vəsaitlərin idarə olunması, hasilatın pay bölgüsü sazişləri, fond tərəfindən maliyyələşdirilən strateji əhəmiyyətli layihələr və ARDNF-nin büdcə sistemində, eləcə də ölkə iqtisadiyyatında tutduğu mövqe barədə ətraflı məlumat verilib və tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR