A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində (TUDİFAK) COP29-la bağlı “İqlim dəyişikliyi və BMİDÇS” mövzusunda infosessiya keçirilib.

İnfosessiyada “İqtisadiyyat və işlətmə” kafedrasının müəllimi Qurban Qurbanov çıxış edərək, yaşıl dünya naminə həyata keçirilən tədbirlərin əhəmiyyətindən, eləcə də ekosistemə, yaşıl dünyaya qazandıracağı töhfələrdən söz açıb. Qlobal iqlim dəyişikliyi səbəbindən bütün dünyada surətli istiləşmənin baş verdiyini, bu istiləşmənin təbiətin tarazlığına pozucu təsirlər göstərdiyini diqqətə çatdırıb.

Tələbələr iqlim dəyişikliyi və ekoloji problemlər haqqında öz fikirlərini bölüşdükdən sonra, tədbir müzakirələrlə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay