A

UNEC rektoru professor Ədalət Muradov “TEKNOFEST 2024”ün qalibi olan Rəqəmsal iqtisadiyyat fakültəsinin “Kompüter elmləri” ixtisasının II kurs tələbəsi Aşurbəy Məmmədzadə ilə görüşüb.

Görüşdə Aşurbəy Məmmədzadə qalib olduğu layihə və qələbəyə aparan yol barədə təəssüratları rektorla bölüşüb. Bildirib ki, Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEXNOFEST-də bu il 788.161 komanda və 1.630.000 iştirakçı ilə rekord say qeydə alınıb. Türkiyənin Boğaziçi, İstanbul Teknik və s. aparıcı universitetlərinin qatıldığı yarışda onun rəhbəri olduğu “Versetech” komandası “PsychoAI” layihəsi ilə “Psixologiyada texnoloji tətbiqlər” kateqoriyasında 76.88 xal toplayaraq, 80.000 TL qazanıb.

A.Məmmədzadə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, “Baykar” şirkətinin İdarə Heyətinin rəhbəri Selcuk Bayraktarın, eləcə də ölkəmizin dövlət qurumlarının rəhbərlərinin onların stendinə yaxınlaşaşaraq, layihə ilə maraqlandıqlarını bildirib. Türkiyənin Adana şəhərində keçirilən mükafatlandırılma mərasimində isə Türkiyə Prezidenti tərəfindən medal və kubokla təltif edildiyini deyib.

Rektor Aşurbəy Məmmədzadəni TEXNOFEST-də qazandığı qələbə münasibətilə təbrik edərək, ona və komandasına uğurlar arzulayıb. UNEC-in hər zaman tələbələrinin uğurları ilə qürur duyduğunu deyən rektor, onlara bu istiqamətdə unversitet tərəfindən daima dəstək göstəriləcəyini bildirib. UNEC tələbələrinin startaplara cəlb olunmasının əhəmiyyətindən söz açan rektor, universitetdə İsrail təcrübəsi əsasında İnnovaitv Biznes İnkubatorun, eləcə də Rəqəmsal iqtisadiyyat fakültəsi nəzdində tələbə klublarının fəaliyyət göstərdiyini deyib.

Görüş zamanı UNEC-də startap hərəkatının daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay