UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində COP29 cərçivəsində "Qlobal iqlim dəyişikliyi bu günün və gələcəyin problemi" mövzusunda tədbir keçirilib.
Tədbirdə fakültənin dekan müavini Rahim Mürsəlov, "İctimai idarəetmə və sosial innovasiyalar" kafedrasının dosenti İlqar Xəlilov iştirak ediblər.
Mövzu ilə bağlı çıxış edən İ.Xəlilov COP29-un əhəmiyyətindən danışaraq bildirib ki, qlobal istiləşmə ekosistemlərdə, insan sağlamlığında və iqtisadi məsələlərdə ciddi fəsadlar yaradan başlıca səbəblərdən biridir. Bu istiləşmənin təbiətin tarazlığına pozucu təsirlər göstərdiyini diqqətə çatdırıb.
Tədbir mövzu ilə bağlı müzakirələrlə davam edib.