A

UNEC-in SABAH Mərkəzində dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümünə həsr edilmiş seminar keçirilib.

Tədbirdə SABAH Mərkəzinin müəllimləri İlkin Əhmədzadə və Şəbnəm Həsənova 33-cü ildönüm ilə bağlı tələbələrə mühazirələr deyiblər. Çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpasındakı tarixi rolundan və onun siyasi davamçısı Prezident İlham Əliyevin bu yolu uğurla davam etdirməsindən danışıblar. Həmçinin 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan tarixi qələbəyə diqqət çəkərək, artıq Azərbaycanın bütün torpaqlarında üçrəngli bayrağımızın dalğalandığını qeyd ediblər.

Sonra mövzu ətrafında tələbələrlə  müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay